Qubada ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Dəlləkli kəndi ərazsində qeydə alınıb.
43 yaşlı Hüseynov Saməddin Azad oğlunun “Chevrolet Cobalt” markalı avtomobili idarəetmədən çıxaraq yol kənarında ağaca dəyib. Nəticədə sürücü özü və sərnişinləri 46 yaşlı Rzayev Cəmil Əsədulla oğlu, 61 yaşlı İbrahimov Saleh Qurban oğlu və 41 yaşlı Zərbalıyev Vüqar Yunan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Vüqar Zərbalıyev görülən tədbirlərə baxmayaraq müalicə aldığı Quba rayon mərkəzi xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi açılıb.