Zaqatalada QƏZA:  yaralılar var
22 aprel 2026 14:15 (UTC +04:00)

Zaqatalada QƏZA: yaralılar var

1

Zaqatalada yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun Çobankol kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtomobil əvvəlcə yolu keçmək istəyən 63 yaşlı Tərlan Şabanovu vurub. Sonra isə idarəetmədən çıxaraq yol kənarında dayanan digər minik maşınına çırpılıb.

Xəsarət alan T. Şabanov və avtomobildə olan sərnişin, 70 yaşlı Xalidə Əliyeva Zaqatala Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4454

Oxşar yazılar