Naxçıvanda "smart kart tipli"  sayğaclar dəyişdiriləcək
23 aprel 2026 10:41 (UTC +04:00)

Naxçıvanda "smart kart tipli" sayğaclar dəyişdiriləcək

0

Naxçıvan Muxtar Respublikasında istismar müddəti bitmiş sayğaclar yeniləri ilə əvəzlənəcək.
 
Lent.az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin bu gün Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur çərçivəsində keçirilən brifinqdə Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov jurnalistlərin sualına cavab olaraq bildirib. Region rəhbərinin dediyinə görə Naxçıvan şəhərində hazırda 20 min abonent “smart kart tipli” sayğacdan istifadə edir.
 
”Ümumilikdə 24 min “smart kart tipli” sayğac mövcud idi. Artıq, 4 min abonentin sayğacı istismar müddəti bitdiyi üçün mexaniki (sonradan ödənişli) sayğacla əvəzlənib. Yerdə qalan 20 min sayğac da  dəyişdirilir və  abonentlərə yeni kodlar təqdim edilir. Məlumat üçün qeyd edim ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən, qaz sayğacının istismar müddəti 10 il təşkil edir və bu müddəti başa vurmuş sayğaclar tərəfimizdən planlı qaydada yeniləri ilə əvəzlənir. 
 
Verilən məlumata görə, ötən bir il ərzində Naxçıvan şəhərində 1000 abonent şəbəkəyə qoşulub: "Qaz təminatı ilə bağlı heç bir problemimiz yoxdur. Ona görə də, mavi yanacağın verilişində heç bir məhdudiyyət yoxdur. Yalnız hansısa səbəbdən qəza baş verdikdə qısa müddətli fasilələr yarana bilir. İş prosesində yerli icra hakimiyyəti orqanları ilə koordinasiyamız da yüksək səviyyədədir” –, deyə region rəhbəri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar