Goranboyda 46 yaşlı kişini yaralayan ata-oğul saxlanıldı - YENİLƏNİB
23 aprel 2026 09:49 (UTC +04:00)

Goranboyda 46 yaşlı kişini yaralayan ata-oğul saxlanıldı - YENİLƏNİB

0

Goranboy sakininə xəsarət yetirən ata-oğul saxlanılıb.

Lent.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Alıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsov saxlanılıb.

Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

***

08:44

Goranboy sakini kəsici-deşici alətdən xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib.

Belə ki, rayon sakini 1980-ci il təvəllüdlü S. Alıyev bədənin müxtəlif nahiyələrinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal yardım edilib və vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə xəsarət alan Goranboy sakini S. Alıyevə Kəlbəcər rayon sakinləri 1980-ci il təvəllüdlü A. Ələsov və onun oğlu 2005-ci il təvəllüdlü İ. Ələsov kəsici-deşici alətlə xəsarət yetiriliblər.

Hadisənin tərəflər arasında şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 635

Oxşar yazılar