Səfərbərlik xidmətinin rayon şöbələrində ƏMƏLİYYAT:  saxlanılanlar var
23 aprel 2026 15:23 (UTC +04:00)

Səfərbərlik xidmətinin rayon şöbələrində ƏMƏLİYYAT: saxlanılanlar var

0

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı, Cəbrayıl və Qaradağ rayon Şöbələrində əməliyyat keçirilib.

Lent.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.

Onlar rüşvət almaqda ittiham olunur.

Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin digər rayon şöbələrində də əməliyyatlar keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər. 

Bildirilib ki, bu barədə əlavə məlumat veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 638

Oxşar yazılar