Məsud Pezeşkian həkim kimi  Müctəba Xameneini müalicə edir
23 aprel 2026 18:14 (UTC +04:00)

Məsud Pezeşkian həkim kimi Müctəba Xameneini müalicə edir

0

İran prezidenti və səhiyyə naziri Müctəba Xameneinin ağır əməliyyatlardan sonra müalicəsini nəzarətdə saxlayır.

Ayətullah Müctəba Xameneinin vəziyyəti kritik olaraq qalır və onunla görüşmək üçün ciddi məhdudiyyətlər mövcuddur. Onun ətrafında əsasən ABŞ hava hücumlarında aldığı yaraları müalicə edən həkimlər və tibb işçiləri ola bilərlər.

Lent.az bildirr ki, bu barədə "New York Times" qəzeti məlumat verir.

İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli rəhbərləri və hökumət rəsmiləri yerlərinin izlənilə biləcəyindən və təhlükəsizlik üçün təhdid yarada biləcəyindən qorxaraq səfərlərdən yayınırlar. Təcrübəli ürək cərrahı və səhiyyə naziri olan prezident Məsud Pezeşkian onun müalicəsində iştirak edib.

Dörd yüksək vəzifəli İran mənbəsinin məlumatına görə, onun vəziyyəti əvvəlcə son dərəcə ağır kimi qiymətləndirilsə də, o, şüurludur və ətrafında baş verənlərin fərqindədir. Bir ayağında üç əməliyyat keçirib və hazırda protezin quraşdırılması gözlənilir.

Əlində də əməliyyat aparılıb və sağalma prosesi tədricən davam edir. Lakin üzündən və dodaqlarından aldığı ağır yanıqlar onun danışma qabiliyyətini xeyli çətinləşdirir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar