Fuad Qəhrəmanlı həbs olunub - <span style="color:red;">YENİLƏNİB
08 dekabr 2015 23:26 (UTC +04:00)

Fuad Qəhrəmanlı həbs olunub - YENİLƏNİB

0

Nəsimi rayon Məhkəməsi Fuad Qəhrəmanlı barədə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

 

 

APA-nın məlumatına görə, F. Qəhrəmanlı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar)  və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

 

 

Onu vəkil Fəxrəddin Mehdiyev müdafiə edib. 

***

22:11

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verib.

 

APA-nın məlumatına görə, F. Qəhrəmanlı Nəsimi rayon Məhkəməsinə gətirilib.  

 

Ona Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar)  və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ittiham  élan olunub.

 

***

20:15

Bu gün Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün Baş Prokurorluğa dəvət olunub. 

 

Hüquq-mühafizə orqanlarındanAPA-ya daxil olan məlumata görə, o, hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir. 

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar SultanovAPA-ya açıqlamasında F. Qəhrəmanlının şahid qismində dindirilıməsi faktını təsdiqləyib.

 

 

Qeyd edək ki, F. Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar