"Həmin gün anam atama şillə vurmuşdu" - Ərini öldürən  qadının MƏHKƏMƏSİ
19 fevral 2026 15:25 (UTC +04:00)

"Həmin gün anam atama şillə vurmuşdu" - Ərini öldürən qadının MƏHKƏMƏSİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Təqsirləndirilən N. Quliyevanın 5 yaşlı övladının dindirilməsi üçün məhkəmə prosesində psixoloq iştirak edib. Azyaşlı şahid Q.F həmin günə qədər valideynlərinin mübahisəsini görmədiyini deyib:

"Anamla atamın bir-birini vurduğunu görməmişəm. O gün atam ananı itələdiyinə görə anam da ona şillə vurmuşdu. Həkimi evimizə nənəm çağırmışdı".

Təqsirləndirilən N. Quliyeva isə ifadəsində təcili yardıma özünün zəng etdiyini bildirmişdi.

Məhkəmə hadisə günü təcili yardıma kimin zəng etdiyini müəyyənləşdirmək üçün "103"ə sorğu ünvanlayıb.

Daha sonra məhkəmə iş üzrə sübutların tədqiqi mərhələsinə keçildiyini elan edib.

Növbəti proses 5 marta təyin edilib.

Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və N. Quliyeva Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar