Ucarda zəncirvari QƏZA: 6 yaralı var  - YENİLƏNİB
19 fevral 2026 15:29 (UTC +04:00)

Ucarda zəncirvari QƏZA: 6 yaralı var - YENİLƏNİB

0

Ucarda baş verən qəzada xəsarət alanların adları məlum olub.

Lent.az APA-ya istinadla bildirir ki, xəsarət alanlar Ucar rayon sakinləri - 51 yaşlı Səidə Mirzalı qızı Baxşəliyeva, 60 yaşlı Zalike Mirzalı qızı Salikova, 53 yaşlı Vəfa Qarapaşa qızı Baxşəliyeva, 41 yaşlı Şərqiyə Vidadi qızı Rəhimova, 74 yaşlı Aruza Mustafakamal qızı Məmmədova və 59 yaşlı Şəfaqət Mirzalı qızı Rəhimovadır.

Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün13:40-da Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi magistralının Ucar rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (4 qadın, 2 kişi) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bildirilib ki, yaralılara bədənin müxtəlif hissələrinin əzilmiş, cızılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

***
15:18

Ucarda zəncirvari yol qəzası olub.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.

Belə ki, minik, yük və mikroavtobusun toqquşduğu qəzada 6 nəfər xəsarət alıb. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar