Milyarder  canını zorla qurtardı - Rusiyada  müsəlman sahibkarların həyatı təhlükədə
19 fevral 2026 15:47 (UTC +04:00)

Milyarder canını zorla qurtardı - Rusiyada müsəlman sahibkarların həyatı təhlükədə

0

Rusiyada islam dininə mənsub biznesmenlərə qarşı sistemli təzyiq olduğu heç kimə sirr deyil. Fakt budur ki, Rusiyada iri biznes sahəsində müsəlman mənşəli sahibkarlar da mühüm yer tutur.

Lent.az-ın əməkdaşı rəsmi mənbələrə və yerli mediaya istinadən hazırladığı bu yazıda Rusiyada müsəlman olduğu üçün olmazın zülmlərinə məruz qalan biznesmenlərdən söhbət açacaq.

Onsuz da son illərdə Rusiyada siyasi-iqtisadi mühit çox sərtləşib və bu proses müxtəlif sahələrdən olan iş adamlarına təsir göstərib. Lakin Rusiyada müsəlman mənşəli iri biznesmenlər ilk qurbanlar siyahısındadır. Orada əsasən Tatarıstan, Başqırdıstan, Azərbaycan, Şimali Qafqaz və Volqa-Ural bölgələrindən çıxırlar. Onların bir çoxu enerji, bank, tikinti, kənd təsərrüfatı və pərakəndə ticarət sektorlarında fəaliyyət göstərir.

Məsələn, iş adamı, milyarder Əmir Gallyamov Rusiyadan ötən ilin payızında qaçıb canını zorla qurtardı. Rus polislər isə hələ də əsassız yerə ondan əl çəkmirlər. İnterpol səviyyəsində axtarılır.

Əvvəlcə məlumat yayılmışdı ki, o, Kiprə sığınıb. Ona ilk təzyiqlər biznes ortağı İqor Juravlyovdan gəldi. Milyarder Əmir Gallyamov çoxuşaqlı atadır. İndi bəzi mənbələr qeyd edirlər ki, biznesmen Londondadır. Milyarder təzyiqlərə görə, tez-tez yer dəyişməli olur.

Qeyd edək ki, sözü gedən iş adamı Böyük Britaniya iqtisadiyyatına ciddi investisiyalar qoyub. Onun qızlarından biri olan Məlikı Gallyamova gənc yaşlarından Londonda yaşayıb. Müsahibələrinin birində atasının malikanəsində yaşadığını demişdi.

Onu da qeyd edək ki, biznesmen eyni zamanda “Kofemaniya” şəbəkəsinin sahiblərindən biridir. O, “Kofemaniya”nın 25 faizinə sahibdir.

Bundan başqa, Süleyman Kərimov dağıstanlı milyarder, qızıl hasilatı və investisiya sahəsində tanınır. Son illərdə beynəlxalq sanksiyalar və hüquqi araşdırmalarla üzləşib. Tatar Musa Bajayev neft və sənaye sektorunda fəaliyyət göstərən iş adamıdır. Tatarıstandan olan bir sıra iri sahibkarlar da müxtəlif dövrlərdə vergi yoxlamaları, korporativ mübahisələr və aktivlərin yenidən bölüşdürülməsi prosesləri ilə qarşılaşıblar.

Sahibkarlara qarşı edilən təzyiqlər bunlardı:

- qətllər,

– cinayət işləri,

– vergi istintaqları,

– aktivlərin dövlət nəzarətinə keçməsi,

– sanksiyalar və xaricdə aktivlərin dondurulması.

Rusiyada əsas risk faktoru dini mənsubiyyətlə yanaşı, siyasi loyallıq və güc balansıdır. Yəni sistem daxilində mövqeyi zəifləyən və ya təsir dairəsi dəyişən biznesmenlər daha çox təzyiq riski ilə qarşılaşa bilər. Əmir Gallyamov məsələsinə gəldikdə isə, onun haqqında yayılan məlumatlar əsasən korporativ münaqişələr, səhmdar qarşıdurmaları, biznes nəzarəti uğrunda mübarizə kontekstində təqdim olunur. Bu işlərdə onun müsəlman mənşəli olması faktı var.

Hazırda Rusiyada heç bir hüquqi əsas olmadan aylardan bəri həbsdə saxlanılan azərbaycanlı biznesmen Bakir Səfərovun da həyatı təhlükədədir. Qeyd edək ki, bunu ötən ilin iyununda törədilmiş “Yekaterinburq hadisələri” zamanı 2 qardaşı Rusiyanın hüquq mühafizə orqanları tərəfindən vəhşicəsinə qətlə yetirilən, 1 qardaşı isə hələ də Rusiyada həbsdə saxlanılan Seyfəddin Hüseynli (Səfərov) deyib.

O, deyib ki, rəsmi Moskva tərəfindən etnik azlıqların məruz qaldığı ayrı-seçkilik sistemli təzyiq və təqibin tərkib hissəsidir.

Rusiyada iri biznes sahəsində risklər getdikcə artır, islam dininə mənsub sahibkarlara qarşı sistemli kampaniya olur, siyasi-iqtisadi güc balansı və biznes nəzarəti çərçivəsində təzyiqlər gücləndirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 596

Oxşar yazılar