Fransa məhkəməsi Qənimət Zahidə qarşı iddiamı təmin etdi - Çingiz Qənizadə
19 fevral 2026 11:40 (UTC +04:00)

Fransa məhkəməsi Qənimət Zahidə qarşı iddiamı təmin etdi - Çingiz Qənizadə

0

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə Qənimət Zahidə qarşı Fransa məhkəməsinə etdiyi şikayət əsasında çıxarılan qərarla bağlı mətbuat konfransı keçirib.

Lentşaz-ın xəbərinə görə, Çingiz Qənizadə deyib ki, Paris Cinayət Məhkəməsi iddia üzrə qərar qəbul edib və onun şikayəti təmin olunub: “Mənim məqsədim xarici blogerlərin çıxışlarının tamamilə cəfəngiyyat olduğunu sübut etmək və öz adımı təmizə çıxarmaq olub. Artıq 6 ilə yaxındır ki, bu qərarı gözləyirdim. 2019-cu ilin avqust ayında müxtəlif tarixlərdə Qənimət Zahidov özünün Youtube kanalında mənim haqqımda böhtan xarakterli məlumat yayıb. O iddia edib ki, həmin vaxtlarda Rusiyada bir nəfər azərbaycanlının qətlə yetirilməsinin təşkilatçısı və ya iştirakçısı olmuşam və cəzalandırılmıram. Ona görə də bu böhtanlarla bağlı Fransa məhkəməsinə müraciət etdim. Çünki bu yalan iddiadan əleyhimə istifadə olunub. Eyni zamanda xalqın da düşüncəsinə təsir edib".

Hüquq müdafiəçisi əlavə edib ki, Qənimət Zahid proseslərdə iştirak etmək istəməyib: "Qənimət Zahid öncə proseslərə gəlmirdi. Onun haqqında məcburi gətirilmə qərarı çıxarıldı. Hətta gələndə özü ilə yalançı şahid də gətirmişdi, amma şahidi zaldan çıxarıldı. Bununla kifayətlənməyən Qənimət Zahid prosesi siyasi adlandırdı. O, Paris Cinayət Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli qərarı ilə cinayət törətmiş şəxs hesab edilib. Ona 500 avro cərimə cəzası kəsilib. Belə az miqdarın seçilməsi onun iş yerinin olmaması və Fransa dövlətinin himayəsində olması olub. Bu, Azərbaycan dövlətinin tarixində ilk haldır. Mən başqa dövlətə sığınaraq şər-böhtan atan şəxsin həmin dövlətdə məhkəmədə uduzmasına səbəb oldum".

Ç.Qənizadə əlavə edib ki, Qənimət Zahidin bəhs etdiyi hadisə - azərbaycanlının qətlinə görə günahkarlar tutulub və cəzalandırlıb: "Qənimət Zahid bir də belə böhtana əl atsa, yaşadığı ölkədən xaric edilə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar