Sərnişinlərə ŞAD XƏBƏR  - Bu marşrutun avtobusları dəyişdirilir
31 may 2026 13:29 (UTC +04:00)

Sərnişinlərə ŞAD XƏBƏR - Bu marşrutun avtobusları dəyişdirilir

0

119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir.

Bu barədə APA-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.

Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar