Vidal "Flamenqo"nun heyətinə qatıldı
14 iyul 2022 10:46 (UTC +04:00)

Vidal "Flamenqo"nun heyətinə qatıldı

0

Çili millisinin yarımmüdafiəçisi Arturo Vidal "Flamenqo" ilə müqavilə imzalayıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rio-de-Janeyro klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 35 yaşlı yarımmüdafiəçi 2023-cü il dekabrın 31-dək müqavilə bağlayaraq Braziliya komandasına pulsuz qoşulub. Daha əvvəl futbolçu "İnter"lə müqaviləni vaxtından əvvəl pozmağa razılaşıb.

Xatırladaq ki, Vidal 2020-ci ilin sentyabrından İtaliya klubunda çıxış edir. Ümumilikdə o, “neradzurri”nin heyətində 71 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.

Karyerasının əvvəlində yarımmüdafiəçi “Barselona”, “Bavariya”, “Bayer Leverkuzen” və “Yuventus”un rənglərini qoruyub. Çili millisinin tərkibində 133 oyun keçirib, 32 qol vurub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1708

Oxşar yazılar