Luis Suares
20 iyul 2022 14:46 (UTC +04:00)

Luis Suares

Suaresə bu ölkədən TƏKLİF gəldi

0

Luis Suares karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, Dortmund “Borussiya”sı azad agent olan 35 yaşlı forvarda təklif göndərib.

Dortmundlular Sebastyan Allenin səhhətində yaranmış problemlə əlaqədar mövsümlərarası fasilədə yeni hücumçu ilə müqavilə imzalamaq niyyətindədir. Rəhbərlik bir neçə variantı nəzərdən keçirir ki, onlardan biri də Suaresdir.

Qeyd edək ki, Uruqvay millisinin üzvü son iki mövsümü “Atletiko”da keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1837

Oxşar yazılar