Runi bu komandanın  baş məşqçisi   olacaq
11 iyul 2022 11:50 (UTC +04:00)

Runi bu komandanın baş məşqçisi olacaq

0

İngiltərəli mütəxəssis Ueyn Runi tezliklə “Di Si Yunayted”ə rəhbərlik edəcək.

Lent.az bildirir ki, bu barədə journalist Fabrisio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 36 yaşlı ingilis artıq MLS klubu ilə müqavilə imzalayıb. Runi 2018-2020-ci illərdə “Di Si Yunayted”də futbolçu kimi çıxış edib.

Runi 2021-ci ilin yanvarından "Derbi"də işləyib. Klub mövsümün sonunda Çempionşipdən aşağı liqaya düşüb və o, 2022-ci ilin yayında klubu tərk edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2003

Oxşar yazılar