Azərbaycan karateçisi Rafael Ağayev
06 avqust 2021 12:45 (UTC +04:00)

Azərbaycan karateçisi Rafael Ağayev

Qələbə ilə başladı - Rafael Ağayev

0

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.
Apasport.az saytının məlumatına görə, yığmamızın lideri karyerasının ilk Olimpiadasında medallara favoritlər sırasındadır.

5 qat dünya, 11 qat Avropa çempionu yarışa qrup mərhələsindən start verərək. O, yarımfinala adlamaq, bununla da ən azı bürünc medalı təmin etmək üçün qrupda ilk iki yerdən birini tutmalıdır.

6 avqust 
Kişilər, 75 kq
B qrupunda çıxış edən Rafael ilk döyüşündə Noa Biçlə (Almaniya) görüşüb. O, hesabda geri düşsə də, yekunda 2:1 hesabı ilə qələbə qazanıb. Ağayev ardınca Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovu (Qazaxıstan) sınağa çəkəcək. Təmsilçimiz son görüşdə yarışın digər favoriti Luici Busa (İtaliya) ilə döyüşəcək.
 
Qeyd edək ki, karate millimiz yarışa üç idmançı ilə qatılıb. Firdovsi Fərzəliyev (67 kq) qrupda qalıbsa, İrina Zaretska (+61 kq) sabah tatamiyə çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2258

Oxşar yazılar