Paytaxt klubundan 15 milyonluq  transfer
19 iyul 2022 18:32 (UTC +04:00)

Paytaxt klubundan 15 milyonluq transfer

0

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi “Midlsbro”nun müdafiəçisi Ced Spensi transfer edib.

21 yaşlı futbolçunun keçidi “Tottenhem”ə 15 milyon avroya başa gəlib. Bonuslarla birlikdə paytaxt klubu ümumlikdə 23,6 milyon avro xərcə düşə bilər. İngiltərəli oyunçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ced Spens ötən mövsümü icarə əsasında “Nottingem Forest”də keçirib, 46 oyunda 3 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2361

Oxşar yazılar