"Oyundan əvvəl demişdim ki..."   - Qurban Qurbanov “Lex”lə oyundan danışdı
11 iyul 2022 18:16 (UTC +04:00)

"Oyundan əvvəl demişdim ki..." - Qurban Qurbanov “Lex”lə oyundan danışdı

0

“Çox vacib oyun olacaq"

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”lə keçiriləcək cavab görüşü öncəsi mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Poznandakı 0:1 hesablı məğlubiyyətə baxmayaraq, yetirmələrinə güvəndiyini söyləyib: “Artıq ilk turdaca layiqli rəqib düşdü. Birinci görüşdə də onların gücünü hiss etdik. Hələ oyundan əvvəl də demişdim ki, yaxşı komandaya qarşı oynayırıq. Eyni sözləri təkrarlayıram. Uduzmağımıza baxmayaraq, inamımız çoxdur. Rəqibi daha yaxından tanımağa çalışdıq. Qərara gəldik ki, meydanda daha diqqətli olmalı, tez düşünməliyik. Rəqib istənilən dəqiqədə qol vurmağa qadirdir. Çox yaxşı müdafiə olunan, əks-hücuma keçən, topla yaxşı davranan komandaya qarşı oynayacağıq. İstənilən halda futbolçularıma inanıram. Çalışacağıq ki, azarkeşlərimizi qələbə ilə sevindirək".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. İlk görüşdə polşalılar 1:0 hesablı qələbə qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3002

Oxşar yazılar