“Milan”dan 30 milyonluq  təklif
16 iyul 2022 12:52 (UTC +04:00)

“Milan”dan 30 milyonluq təklif

0

“Milan” “Brügge”nin futbolçusu Şarl de Keteların transferində israrlıdır.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, İtaliya çempionu 21 yaşlı hücumçunun keçidi üçün belçikalılarla danışığa başlayıb.

“Rossonyerlər” Belçika millisinin üzvünə görə, qarşı tərəfə 30 milyon avro və əlavə 5 milyon bonus təklif edib. Bir neçə gün əvvəl “Milan”ın 27 milyon avroluq təklifini rədd edən “Brügge” bu dəfə qərarını qətiləşdirməyib. Futbolçu özü isə italyanlarla 5 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, Şarl de Ketelar İngiltərə klublarının da maraq dairəsindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2767

Oxşar yazılar