"Mançester Yunayted"in hücumçusu həbs edildi
15 oktyabr 2022 17:45 (UTC +04:00)

"Mançester Yunayted"in hücumçusu həbs edildi

0

Britaniya polisi zorlamada şübhəli bilinən “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudu həbs edib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, futbolçu zorlama, döymək və ölümlə hədələməkdə ittiham edilib.

Mançester polisi bu səhər malikanəsində yaxalanan Qrinvudu dindirib.

Məlumatda bildirilir ki, bu il yanvarın 30-da hücumçunun sevgilisi, model Harriet Robson sosial şəbəkələrdə dodaqları uçuq və bədənində qançırlar olan fotolar yayımlayıb. Qadın bildirib ki, Qrinvud onu döyüb və zorlayıb. Daha sonra “Mançester Yunayted” 20 yaşlı futbolçunu komanda ilə məşqlərdən uzaqlaşdırıb.

Xatırladaq ki, Qrinvud mankunianlıların yetirməsidir və 2018-ci ildən əsas komandada çıxış edir.

Meyson Qrinvud

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2283

Oxşar yazılar