Hazırda TRIPP layihəsinin maliyyələşmə modelinin üzərində işləyirik - Vahan Kostanyan
17 aprel 2026 19:50 (UTC +04:00)

Hazırda TRIPP layihəsinin maliyyələşmə modelinin üzərində işləyirik - Vahan Kostanyan

0

Hazırda TRIPP layihəsinin maliyyələşmə modelinin müəyyənləşdirilməsi üzərində işləyirik.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” adlı panel sessiyasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz TRIPP layihəsi ilə bağlı amerikalı həmkarlarımızla birlikdə icra mərhələsini davam etdiririk və ya sahədə işə başlamağa hazırlıq görürük. Yanvarda TRIPP İcra Çərçivəsi qəbul edildikdən sonra bu proses aktiv şəkildə irəliləyir. Hazırda biz maliyyələşmə modelinin müəyyənləşdirilməsi üzərində işləyirik və Ermənistan ərazisində qeydiyyatdan keçəcək “TRIPP” şirkətinin necə qurulacağını müzakirə edirik. Yəni çox fəal iş gedir. Eyni zamanda amerikalı tərəfdaşlarla paralel şəkildə mümkün marşrutlar üzrə texniki-iqtisadi əsaslandırma aparılır ki, müxtəlif bağlantı xətləri haradan keçsin”, - deyə Vahan Kostanyan qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar