Qaradağ postunda GƏRGİNLİK:  sərxoş sürücü polisə tabe olmadı - VİDEO
17 aprel 2026 14:02 (UTC +04:00)

Qaradağ postunda GƏRGİNLİK: sərxoş sürücü polisə tabe olmadı - VİDEO

0

Qaradağ rayonu ərazisində yerləşən stasionar postda “VAZ” markalı avtomobilin sürücüsünə “Saxla” işarəsi verilsə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib. Avtomobil YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən paytaxt sakini Coşqun Novruzovun sürücülük  hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən olunduğundan o, tibbi müayinədən keçməyə dəvət edilib.

C.Novruzov məsuliyyətdən yayınmaq məqsədilə süni gərginlik yaratmağa calışsa da, istəyinə nail olmayıb.

Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazi polis orqanına təhvil verilən C.Novruzov inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qanunsuz hərəkətlərə yol verən şəxslərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və hüquqazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 740

Oxşar yazılar