ABŞ-ın Los-Anceles şəhərində 21 yaşlı musiqiçi Devid Antoni Berk yeniyetmə qızın qətli ilə bağlı həbs edilib. Polis bildirib ki, qızın ciddi şəkildə çürümüş cəsədi onun “Tesla” markalı avtomobilində tapılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, sentyabr ayında polis əməkdaşları Hollivud ərazisindəki evakuator dayanacağına çağırılıb. Səbəb müsadirə olunmuş və Berkin adına qeydiyyatda olan avtomobildən gələn xoşagəlməz qoxu olub. Avtomobil Hollivud Hills ərazisindən tərk edilmiş vəziyyətdə tapılaraq dayanacağa aparılıb.
Avtomobildə parçalanmış cəsəd aşkarlanıb və sonradan onun 14 yaşlı Selesta Rivas Hernandezə aid olduğu müəyyən edilib. O, 2024-cü ildən itkin düşmüş hesab olunub və sonuncu dəfə Lake Elsinore yaxınlığında görülüb.
Devid Antoni Berk Hyustonda böyüyüb və 2022-ci ildə TikTok platformasında viral olan mahnıları ilə məşhurlaşıb. Onun “Romantic Homicide” adlı treki ölüm mövzulu sözləri ilə xüsusi diqqət çəkib.
Daha sonra o, SZA və Kali Uçis kimi ulduzlarla əməkdaşlıq edib.
Hazırda araşdırma aparılır.
