Dodaqlarınız quru və qabıqlıdırsa,  bunu edin
17 aprel 2026 18:54 (UTC +04:00)

Dodaqlarınız quru və qabıqlıdırsa, bunu edin

0

Hərdən dodaqlar dartılır, quruyur və qanayır. Bu halda dodaq boyası da qeyri-bərabər, nahamar görünür. Çox vaxt bunu hava şəraiti ilə əlaqələndiririk, amma əsl səbəb bəzən orqanizmin daxilində gizlənir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimlər bu vəziyyəti xeylit adlandırır.

Xeylit sadəcə quruluq deyil, dodağın selikli qişasının iltihabıdır.

Ən yayılmış səbəblər

1. Dodaqları tez-tez yalamaq

Küləkli havada dodaqları yalamaq çox yayılmış refleksdir. Amma bu, vəziyyəti daha da pisləşdirir. Tüpürcək tez buxarlanır və dodaqları daha da qurudur.

2. Kosmetik vasitələr

Mat pomadaların və keyfiyyətsiz balzamların həddindən artıq istifadəsi qoruyucu baryeri zəiflədir. Tərkibində spirt və salisil turşusu olan məhsullar xüsusilə zərərlidir.

3. Vitamin çatışmazlığı

Ağız künclərində çatlar çox vaxt B qrupu vitaminlərinin çatışmazlığını və ya göbələk infeksiyasını göstərir.

4. Stress və pis vərdişlər

Bəzi insanlar stres zamanı dodaqlarını dişləyir. Bu isə yaralara və xroniki zədələnməyə səbəb olur. Belə hallarda yalnız balzam kifayət etmir.

5. Allergiya və ya ekzema

Əgər dodaqlarda qabıqlar, qabarcıqlar və ya sızlayan sahələr yaranırsa, bu artıq allergik və ya ekzema tipli problem ola bilər.

Vacib məsləhətlər

Köhnə pomadaları istifadə etməyin. Onlardakı bakteriyalar iltihabı artırır. Qışda çölə çıxmazdan 20 dəqiqə əvvəl yağlı krem və ya şi, kakao yağı çəkin, diş pastanızı dəyişin (flüor və ağardıcı maddələr dodaqları qıcıqlandıra bilər). Ən əsası dodaqları qoparmayın, bu, infeksiyaya səbəb ola bilər. Bol su için, ağızdan deyil, burundan nəfəs alın.

Effektiv müalicə vasitələri

Evdə istifadə üçün ən yaxşı vasitələrdən biri dekspantenol tərkibli kremlərdir (məsələn, “Pantenol”, “Bepanten”). Onlar dərinin bərpasını sürətləndirir və çatları tez sağaldır.

Nə zaman həkimə müraciət etməli?

Əgər problem 3 gündən çox davam edirsə, dodaqlar qızarır və şişirsə, vəziyyət getdikcə pisləşirsə mütləq dermatoloqa müraciət edin. Bu, günəşə və ya soyuğa qarşı allergik reaksiya, aktinik xeylit ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar