“Mançester Siti” qapıçısı Ariyanet Muriçlə yollarını ayırıb.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, 23 yaşlı qolkiper karyerasını “Bernli”də davam etdirəcək.
İsveçrəli futbolçu yeni komandası ilə 4 illik müqavilə imzalayıb. Bu keçidin “şəhərlilər”ə təxminən 3 milyon avroluq gəlir gətirdiyi bildirilir.
Qeyd edək ki, Ariyanet Muriç ötən mövsümü icarə əsasında “Adana Demirspor”da keçirib.