Luis Suares ABŞ-a köçür? - Özü deyib ki...
12 iyul 2022 19:41 (UTC +04:00)

Luis Suares ABŞ-a köçür? - Özü deyib ki...

0

Luis Suares karyerasını MLS-də davam etdirə bilər.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, bunu Uruqvay millisinin hücumçusu özü açıqlayıb.

O bildirib ki, ABŞ-dan bir neçə variantı var:

“Hər şeyi təhlil etməliyəm. MLS-də bazar çox mürəkkəbdir. Bəzi klublar sizinlə müqavilə bağlamaq istəyir. Ancaq yanvara qədər gözləmək lazımdır. Digər klublar indi müqavilə bağlamağa hazırdırlar, amma mənə pley-offda zəmanətli yer lazımdır. Qapıları bağlamıram, bütün təklifləri dinləməyə hazıram. Amma fakt budur ki, pley-offa çıxa bilməyən MLS komandaları mövsümü oktyabrın əvvəlində başa vurur. Mənim üçün bu, sərfəli deyil, çünki noyabrın ortalarında dünya çempionatı olacaq. Turnirin başlamasına bir ay qalmış fasilə mənim üçün o qədər də yaxşı deyil”.

Qeyd edək ki, “Atletiko”dan yenicə ayrılan 35 yaşlı forvard hazırda azad agentdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1702

Oxşar yazılar