"Tottenhem"in hücumçusu Harri Keyn yay transfer pəncərəsində "Bavariya"ya keçməyəcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin məlumatına görə, 28 yaşlı ingilis futbolçunun transferi ilə bağlı klublar arasında heç bir müzakirə və danışıqlar aparılmayıb.
Qeyd olunur ki, “Tottenhem”in prezidenti Daniel Levi, idman direktoru Fabio Paratiçi və baş məşqçi Antonio Konte bu yay hücumçunu satmağı düşünməyiblər.
Eyni zamanda, klub rəsmiləri Keynlə yaxın vaxtlarda yeni müqaviləni müzakirə etmək istəyir.
Keyn ötən mövsüm londonluların heyətində bütün turnirlərdə 50 oyunda 27 qol vurub və 10 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.