“Fənərbağça”nın keçmiş futbolçusu “Sabah”da
13 iyul 2022 17:44 (UTC +04:00)

“Fənərbağça”nın keçmiş futbolçusu “Sabah”da

0

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir keçidi reallaşdırıb.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, seneqallı futbolçu Abdulaye Ba bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

Mərkəz müdafiəçisi ilə bağlanmış müqavilənin müddəti 1+1 ildir.

Ba karyerası ərzində Portuqaliyanın “Portu” (2012-2014), “Sportinq” (Kovilya, 2010/11), “Akademika” (2011/12), “Gimaraynş” (2013/14), “Moreyrense” (2020-2022), “Aroka” (2021/22), İspaniyanın “Rayo Valyekano” (2014/15, 2017-2019), “Deportivo” (2019/20), Türkiyənin “Fənərbağça” (2015/16), “Alanyaspor” (2016/17), Almaniyanın “Münhen 1860” (2016/17) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/21) klublarında çıxış edib. O, Seneqal millisinin heyətində 6 oyun keçirib.

Abdulaye “Sabah”da 13 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Bakı klubu Badan öncə Tellur Mütəllimov, Anatoli Nuriyev (hər ikisi "Sumqayıt"), Davit Volkov ("Zirə"), Nicat Mehbalıyev ("Qəbələ": icarədən qayıdıb), Namik Ələskərov ("Bursaspor", Türkiyə) və Con İrasabalı (“Amorebieta”, İspaniya) da rənglərinə bağlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1774

Oxşar yazılar