Dembele “Barselona”dan  gedəsi olmadı
13 iyul 2022 15:40 (UTC +04:00)

Dembele “Barselona”dan gedəsi olmadı

0

Usman Dembele “Barselona”da qalmaq qərarına gəlib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Barselona" rəhbərliyi baş məşqçi Xavinin istəyi ilə 25 yaşlı futbolçuya daha bir şans vermək qərarına gəlib.

Futbolçunun agentləri klub nümayəndələri ilə uzun-uzadı danışıqlar aparıblar və tərəflər yeni anlaşma üzərində razılığa gələ biliblər.

Dembelenin "Barselona" ilə yeni müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Qeyd olunur ki, fransalı artıq tibbi müayinədən uğurla keçib, lakin hələlik müqavilə imzalayana qədər komanda ilə məşq etmək hüququ yoxdur. Qeyd olunur ki, futbolçu Kataloniya klubunda qalmaq üçün maaşından 40 faiz endirimə razılaşıb.

Qeyd edək ki, fransalı ötən mövsüm İspaniya La Liqasında 20 oyunda 1 qol vurub, 13 məhsuldar ötürmə edib


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1947

Oxşar yazılar