Frenk de Jong “Barselona”dan “Mançester Yunayted”ə keçməkdən qəti şəkildə imtina edir.
Lent.az-ın məlumatına görə, “Diario Sport” xəbər verir ki, hollandiyalı yarımmüdafiəçinin agenti hətta İngiltərəyə xüsusi səfər edib və orada mankunianların rəhbərliyinə onun müqavilə imzalamağa hazır olduğunu bildirib.
Ali Dursun bu yaxınlarda “Qırmızı şeytanlar”ın idarəedici direktoru Riçard Arnold və idman direktoru Con Merto ilə görüşüb. Söhbət zamanı futbolçunun nümayəndəsi növbəti dəfə Premyer Liqa klubuna keçmək təklifini rədd edib.
Eyni zamanda, nəşr aydınlaşdırır ki, Frenk de Jong "Barselona"dan ayrılmağa etiraz etmir, lakin "Mançester Yunayted"ə keçməkdən imtina edir.