Çempionlar Liqası: İlk gündə 7 oyun
19 iyul 2022 13:10 (UTC +04:00)

Çempionlar Liqası: İlk gündə 7 oyun

0

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsi start götürür.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, ilk gündə 7 oyun keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçrə təmsilçisi “Sürix”i qəbul edəcək. Milli komandamızın hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su isə doğma arenasında “Şkupi”ni sınağa çəkəcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
19 iyul

20:00. “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
20:00. “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)
20:00. “Jalgiris” (Litva) – “Malmö” (İsveç)
21:45. “Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya)
21:45. “Midtyullann” (Danimarka) - AEK (Larnaka, Kipr)
22:45. “Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç)
23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya)

Qeyd edək ki, bu mərhələnin cavab oyunları iyulun 19-20-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2226

Oxşar yazılar