"Çelsi" Sterlinqin transferi ilə bağlı razılığa gəldi
07 iyul 2022 19:33 (UTC +04:00)

"Çelsi" Sterlinqin transferi ilə bağlı razılığa gəldi

0

"Çelsi" ilk yay transferini reallaşdırmağa yaxındır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, ingilis jurnalist Devid Ornşteynin məlumatına görə, London klubu “Mançester Siti”nin futbolçusu Rahim Sterlinqlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Eyni zamanda, sövdələşmənin təfərrüatları, eləcə də müqavilənin müddəti və ya onun yeni klubdakı maaşı göstərilmir. Sövdələşmənin yaxın vaxtlarda rəsmən elan ediləcəyi gözlənilir.

Sterlinq ötən mövsüm "Mançester Siti"nin heyətində 30 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə verib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1765

Oxşar yazılar