“Bizi Bakıda ağır döyüş gözləyir” - “Lex”in baş məşqçisi
09 iyul 2022 15:46 (UTC +04:00)

“Bizi Bakıda ağır döyüş gözləyir” - “Lex”in baş məşqçisi

0

“Geniş heyətimiz var. Bizi “Qarabağ”la çətin səfər matçı gözləyir”.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, bunu “Lex”in baş məşqçisi Con van den Brom Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

Niderlandlı mütəxəssis qarşılaşmanın ağırlığını dərk etdiklərini vurğulayıb: “Bizi Bakıda ağır döyüş gözləyir. Şübhəsiz ki, çox çətin olacaq. Baş məşqçi kimi, sərəncamımdakı 22-23 futbolçunun hamısından istifadə edə bilərəm. Vəzifəmiz bütün oyunçuları hazır saxlamaqdır”.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lex” oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2422

Oxşar yazılar