“Bavariya”nın təklifinə “hə” dedi
08 iyul 2022 14:46 (UTC +04:00)

“Bavariya”nın təklifinə “hə” dedi

0

“Yuventus”un və Hollandiya millisinin mərkəz müdafiəçisi 22 yaşlı Matteys de Ligt “Bavariya”nın təklifini qəbul edib. 

Lent.az-ın məlumatına görə “Sky Sport” yazır ki, futbolçu ilə İngiltərənin "Mançester Yunayted" və "Çelsi" klubları da maraqlanırdı.

İtaliya klubu De Liqt üçün 80 milyon avro tələb edir. 

De Liqt ötən mövsüm "Yuventus"un heyətində 42 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Turin klubu ilə müqaviləsi 2024-cü ilin iyununa qədərdir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1761

Oxşar yazılar