"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandadan ayrılacağı bildirilən Kriştianu Ronaldo ilə bağlı açıqlamalar verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yeni məşqçisi Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki gələcəyi ilə bağlı danışıb.
İngiltərə nəhənginin baş məşqçisi verdiyi açıqlamada deyib ki, Kriştiano Ronaldonun komandanı tərk etməsindən söhbət gedə bilməz.
"Kriştiano Ronaldo şəxsi məsələlərə görə aramızda deyil. Ronaldo ilə mövsümü planlaşdırırıq. Onunla işləməyi səbirsizliklə gözləyirəm”, - Erik ten Haq vurğulayıb.
Məşqçi portuqaliyalı ulduzun komandadan ayrılması ilə bağlı suala "O getmək istəyir? O, mənə belə bir şey demədi. Oxudum, amma dediyim kimi, Ronaldo satılmır. O, planlarımızın bir hissəsidir və biz birlikdə uğurlu olmaq istəyirik”, - ifadələrindən istifadə edib.