Pepe Reyna
09 iyul 2022 14:24 (UTC +04:00)

Pepe Reyna

40 yaşlı qapıçı  QAYITDI

0

İspaniya millisinin sabiq qapıçısı Pepe Reyna ölkəsinə qayıdıb.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, 40 yaşlı qolkiper sabiq komandası “Vilyarreal”la anlaşıb.

“Latsio”dan ayrılaraq azad agent statusu alan Reyna 2002-2005-ci illərdə formasını geyindiyi “Vilyarreal”la 1 illik müqavilə imzalayıb. Onun yeni komandasında təqdimat mərasimi iyulun 11-nə planlaşdırılıb.

Qeyd edək ki, Pepe Reyna 2003 və 2004-cü illərdə “Vilyarreal”la İntertoto kubokunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2645

Oxşar yazılar