Bakı şəhərinin Xətai rayonunda iki nəfər intihar edib. Lent.az-ın məlumatına görə, dünən günorta saatlarında, rayon sakini, 1986-cı il təvəllüdlü Nəriman Ağayev sirkə turşusu içərək özünü zəhərləyib. Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bundan başqa Xətai rayonu ərazisində, 1975-ci il təvəllüdlü Əli Vəliyev özünü Babək prospektindəki körpünün üstündən tunelə atıb. Avtomobilin üzərinə düşən 41 yaşlı kişi hadisə yerində keçinib.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.