[b]Qəbələdə dağda qalmış daha 6 nəfər xilas edildi -[/b] YENİLƏNİB
02 sentyabr 2016 16:54 (UTC +04:00)

[b]Qəbələdə dağda qalmış daha 6 nəfər xilas edildi -[/b] YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonu ərazisində daha 6 nəfərin xilas edilməsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Laza kəndində dağlara güclü leysan yağış yağması nəticəsində 6 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri vətəndaşları təxliyyə edərək təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər. Əməliyyat saat 15:15-də başa çatıb.

 

 

******

 

15:10

 

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunda yüksək dağlıq ərazidə 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyatı üzrə təhvil veriblər.

 

Əməliyyat saat 13:40-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar