Qadınlara qənim kəsilən kişiyə <span style="color:red;">HÖKM OXUNDU
22 fevral 2016 15:40 (UTC +04:00)

Qadınlara qənim kəsilən kişiyə HÖKM OXUNDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Ramiz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə  R. Məhərrəmov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R. Məhərrəmov ötən ilin oktyabr ayında həbs edilib. O, sentyabrın 22-də Bakıda Y.Çəmənzəminli küçəsində yerləşən marketdə Bakı şəhər sakini Lena Əsgərovaya məxsus, içərisində 253 manat olan əl çantasını piştaxtanın üzərindən oğurlayıb. Bundan əlavə, sentyabrın 17-də F.X.Xoyski küçəsində Bakı şəhər sakini Firuzə Süleymanzadənin əlindən içərisində pul, bankomat və metro kartı olan çantasını alaraq qaçıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar