Avtomobilin sürücüsü ona irad tutan velosipedçini döydü
11 sentyabr 2016 19:31 (UTC +04:00)

Avtomobilin sürücüsü ona irad tutan velosipedçini döydü

0

Bakıda xuliqanlıq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 1987-ci il təvəllüdlü Bakıxanov Hüseyn Fərhad oğlu polisə ərizə ilə müraciət edərək bildirib ki, Səlyan şosesi 30 ünvanının qarşısında velosipedi ilə hərəkətdə olarkən “Mitsubishi” markalı avtomobil onu divara sıxıb. O, həmin sürücüyə iradını bildirdikdə “Mitsubishi”ni idarə edən şəxs avtomobili saxlayaraq düşub və velosipedçini döyərək hadisə yerindən uzaqlaşıb.

 

H.Bakıxanov müayinə olunub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 399

Oxşar yazılar