Karantin rejimini pozan daha bir obyekt aşkarlandı
29 aprel 2020 15:51 (UTC +04:00)

Karantin rejimini pozan daha bir obyekt aşkarlandı

0

Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbər salonu aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Baxış zamanı obyetin sahibi və  1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib. 

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci  maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1505

Oxşar yazılar