Abşeron rayonunda 4 nəfərin bank hesablarından pul çıxarılaraq oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mehdiyev saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun 6 nəfərə qarşı dələduzluq etməsi də müəyyənləşdirilib.