Bakıdakı AĞIR QƏZA ilə bağlı AÇIQLAMA: bu sahələri qazsız qaldı - FOTO
30 aprel 2020 10:17 (UTC +04:00)

Bakıdakı AĞIR QƏZA ilə bağlı AÇIQLAMA: bu sahələri qazsız qaldı - FOTO

0

Bakıda avtomobilin qaz xətlərinə çırpılıb yanması ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi açıqlama yayıb.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, aprelin 30-da səhər saatlarında Nərimanov rayonu Qafur Rəşidov küçəsində qeyri-yaşayış sahələrini təbii qazla təmin edən 108 mm-lik qaz kəməri"Hyundai" markalı avtomobillə vurularaq yararsız hala salınıb.

Qəza zamanı baş vermiş yanğın nəticəsində avtomobil ilə yanaşı, qaz kəmərinin üzərində olan G-250 sənaye tipli qaz sayğacı və 100 mm-lik siyirtmə, həmçinin RDUK-100 tipli qaz tənzimləyicisi yanaraq yararsız hala düşüb. Qeyri-yaşayış sahələrinin qaz təminatı dayandırılıb.

Qəzanın yaratdığı fəsadların aradan qaldırılması üçün birliyin əməkdaşları təmir-bərpa işlərinə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1919

Oxşar yazılar