Bakıda "Araz" supermarketdən oğurluğa cəhd edildi
23 aprel 2020 09:39 (UTC +04:00)

Bakıda "Araz" supermarketdən oğurluğa cəhd edildi

0

Bakının Yasamal rayonunda oğurluğa cəhd edilib.

Lent.az-ın məlumatına görə, hadisə aprelin 22-də səhər saat 8 radələrində Yasamal rayonu M.İbrahimov küçəsindəki "Araz" supermarketdə baş verib. 2000-ci il təvəllüd Ağsu rayon sakini Ə.Bədəlov supermarketin qapısını sındıraraq oğurluğa cəhd edib. Lakin Rayon Mühafizə İdarəsinin əməkdaşları onun bu əməlinin qarşısını alıblar.

Ə.Bədəlov saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib, təhqiqatlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1146

Oxşar yazılar