Azərbaycanda məmurun özünü öldürməsi ilə bağlı cinayət işi açıldı
24 aprel 2020 11:03 (UTC +04:00)

Azərbaycanda məmurun özünü öldürməsi ilə bağlı cinayət işi açıldı

0

Lerik rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Quliyevin özünü öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Lerik rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zərruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, 43 yaşlı Qalib Quliyev ötən gün saat 12 radələrində ov tüfəngi ilə özünü güllələyib. Onun meyiti evinin yaxınlığında tapılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1511

Oxşar yazılar