Dağıstanda uşaq həyətdə oynayarkən kəndirə ilişib və ölüb.
Lent.az xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Kizlyarski rayonunun polis şöbəsinə Stepnoy kəndində səkkiz yaşlı uşağın evinin həyətində öldüyü barədə məlumat daxil olub.
"İlkin məlumata görə, uşaq üzüm bağından asılmış kəndirə minərək yaşıdları ilə oynayırmış. Oyun zamanı kəndir oğlanın boynuna dolanıb, nəticədə o, kəndirə ilişib və çıxa bilməyib”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.