Ukraynanın  müharibədəki itkiləri   AÇIQLANDI -  VİDEO
08 sentyabr 2023 19:19 (UTC +04:00)

Ukraynanın müharibədəki itkiləri AÇIQLANDI - VİDEO

0

Avropa Parlamentinin İrlandiyadan olan üzvü Kler Deyli bildirib ki, münaqişə zamanı Ukrayna yarım milyona yaxın insan və ərazilərinin bir hissəsini itirib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, bu barədə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə danışıb.

Parlamentari Şimali Atlantika Alyansı rəhbərinin Ukrayna Silahlı Qüvvələrinin döyüş bölgəsindəki uğurları barədə dediklərini yalan adlandırıb. Xüsusilə, söhbət Ukrayna əsgərləri tərəfindən “torpaqların tədricən zəbt edilməsindən” gedir.

“Sizin son səfərinizdən bəri Ukrayna öz ərazilərini, yarım milyondan çox insanı itirib”, – Deyli vurğulayıb.

O əlavə edib ki, buna görə Kiyev hakimiyyəti hərbi xidmətə yararsız vətəndaşları səfərbər etməli olur. Deputat yekunlaşdırıb ki, əlillər və ağır xəstəlikləri olan insanlar Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulurlar.

Sentyabrın 7-də Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib ki, 2023-cü ilin sonuna qədər milli ordunun itkiləri 500 min əsgər həddini keçə bilər. Onun dediyi kimi, ölkə üçün bu vəziyyət böyük bir regional mərkəzin əhalisinin yoxa çıxması ilə müqayisə edilə bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3843

Oxşar yazılar