Ukrayna rus jurnalistin qətlində iştirakının olmadığını bəyan etdi
02 aprel 2023 23:25 (UTC +04:00)

Ukrayna rus jurnalistin qətlində iştirakının olmadığını bəyan etdi

0

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak hərbi müxbir Vladlen Tatarskinin qətlində Ukraynanın əli olmadığını bəyan edib.

Lent.az-ın məlumatına görə, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

“Daxili terrorizmin nə vaxt daxili siyasi mübarizə alətinə çevriləcəyi məsələsi zaman məsələsi idi”, o yazıb.

Xatırladaq ki, Sankt-Peterburqda kafedə müharibə müxbiri Vladlen Tatarskinin yaradıcılıq gecəsi zamanı partlayış baş verib. Hadisə nəticəsində jurnalistin özü ölüb, daha 25 nəfər yaralanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1635

Oxşar yazılar