Braziliya pasportu  ilə Bakıya gəldi - Təyyarədən enən kimi  TUTULDU
19 fevral 2026 17:43 (UTC +04:00)

Braziliya pasportu ilə Bakıya gəldi - Təyyarədən enən kimi TUTULDU

0

Bakı hava limanında saxta sənəd təqdim edən Seneqal vətəndaşı həbs olunub.

Lent.az-ın məlumatına görə, 37 yaşlı əcnəbi öz ölkəsində əldə etdiyi saxta pasportla Bakıdan İspaniyaya getməyə çalışıb.

İttiham aktına görə, afrikalı təqsirləndirilən şəxs Avropaya getmək istəyib. Bunun üçün tanışları vasitəsilə 2300 dollar qarşılığında saxta Braziliya pasportu əldə edib. Düşünüb ki, həmin pasportla Bakıya, radan da İspaniya Krallığına gedə biləcək. Bunun üçün əvvəlcə o, Nepal, oradan da Nepal-Şarja-Bakı aviareysi ilə Bakı aeroportuna gəlib. Sərhədçilər yoxlama zamanı onun təqdim etdiyi Braziliya pasportunun saxta olduğunu müəyyən ediblər.

Daha sonra əcnəbi Seneqal Respublikasına məxsus əsl kimliyini xidmət əməkdaşlarına təqdim edib. Nəticədə o saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu bildirib.

Məhkəmə qərarı ilə o, 7 ay müddətinə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar