Ukrayna Müdafiə Nazirliyi Donetsk vilayətində Blaqodatnı və Makarovkanın işğaldan azad edilməsi, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində uğurları barədə məlumat yayıb.
Lent.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar öz Teleqram kanalında yazıb.
O qeyd edib ki, Ukrayna qoşunları Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir.
Bundan əlavə, Malyar bildirib ki, cənubda "iki istiqamətdə 300-dən 1500 metrə qədər irəliləyiş var".